YAP-ın Milli Məclisin sədri postuna namizədi müəyyənləşdi
Yeni Azərbaycan Partiyasının yeni seçilmiş deputatlarının iclası keçirilir.
Iclasda parlamentdə çoxluq təşkil edən YAP-ın Milli Məclisin sədri postuna namizədi müəyyənləşib.
YAP-ın Milli Məclisin sədri postuna namizədi Sahibə Qafarovadır.
Sahibə Qafarova bundan əvvəl VI Çağırış Milli Məclisin sədri olub.
Qeyd edək ki, bu gün VII Çağırış Milli Məclisin ilk iclası da keçiriləcək. Milli Məclisin yeni tərkibdə ilk iclasında parlamentin sədri və onun müavinləri seçiləcək.
Xatırladaq ki, sentyabrın 21-də Konstitusiya Məhkəməsi Plenumunun xüsusi Konstitusiya icraatı üzrə iclasında VII çağırış Milli Məclisə keçirilmiş seçkilərin nəticəsi təsdiqlənib.