Xüsusi karantin rejiminin müddəti UZADILDI
Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti uzadılıb.
Aztimes.az xəbər verir ki, bu barədə qərarı Baş nazir Əli Əsədov imzalayıb.
Sənədə əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti 2022-ci il 1 may saat 06:00-dək uzadılıb.