XTQ generalının təyinatı Ermənistanda xof yaratdı – Zəngəzur qorxusu

Baxılıb:123
XTQ generalının təyinatı Ermənistanda xof yaratdı – Zəngəzur qorxusu

Vətən Müharibəsi Qəhramanı general-mayor Kənan Seyidovun Naxçıvanda Əlahiddə Ümumqoşun Ordunun Komandanı təyin edilməsi Ermənistanda qorxu yaradıb.

K.Seyidovun təyinatı ilə bağlı məlumatlar hələ ötən ay yayılmışdı. Avqustun 3-də Müdafiə Nazirliyində keçirilən 2024-cü ilin birinci yarımilinin yekunlarına dair geniş tərkibli kollegiya iclasında general-mayor Kənan Seydov Əlahiddə Ümumqoşun Ordu Komandanı olaraq çıxış etməsi bu məlumatı təsdiqlədi.

Ermənistanda əsas narahatlıq yaradan məqam Kənan Seyidovun Xüsusi Təyinatlı Qüvvələrə mənsub olmasıdır. O, XTQ Komandanının birinci müavini – Qərargah rəisi vəzifəsində çalışıb, eləcə də Quru Qoşunlarının 5-ci Ordu Korpusunun komandiri olub. K.Seydovu 44 günlük Vətən müharibəsində iştirakına görə müxtəlif orden və medallarla təltif edilib, həmçinin, Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülüb. K.Seydidov Şuşa əməliyyatının əsas iştirakçılarındandır.

Erməni ekspertlər K.Seyidovun bu təyinatını Zəngəzur dəhlizi ilə əlaqələndirir.

Erməni şərhçi Vahram Atanesyan iddia edir ki, Zəngəzur dəhlizinin açılması məqsədilə siyasi və hərbi addımlar da daxil olmaqla bütün ssenarilər daim gündəmdədir.

“Görünür, rəsmi Bakı gələcəkdə bütün ssenarilərə öncədən hazırlıq aparır və Naxçıvana məhz XTQ mənsubunun komandan təyin edilməsi də bu planlardan irəli gələ bilər”, – erməni ekspert iddia edib.

Ermənilərin bu iddialarının heç bir əsası yoxdur. Lakin burada əsas məqam odur ki, Azərbaycan XTQ-nin Ermənistan üzərində yaratdığı qorxu ermənilərin düşüncəsinə də ciddi təsir edib.


Abunəlik