Xocavənddə şəhid ailələrini ayağa qaldıran kimdir? PREZİDENTƏ MƏKTUB
AzTimes.az xəbər verir ki,.bir qrup şəhid ailəsi ölkə başçısına məktub ünvanlayıb. Buna səbəb Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi Anar Əsədovdur. Ailələr iddia edir ki, adı əkilən şəxs vəzifəyə təyin olunduğu gündən onlara qarşı hotmətsiz.yanasmasıdır.Anar Əsədov Xocavənd Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi vəzifəsinə təyin edilib Anar Əsədov Xocavənd Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi vəzifəsinə təyin edilib. Əsədov Anar Yelmar oğlu 17 noyabr 1980-ci il tarixdə Laçın rayonu Malıbəykəndində anadan olmuşdur. 1998-2002-ci illərdə Azərbaycan Memarlıq İnşaat Universitetinin Sənaye mülki tikinti fakültəsində təhsil alıb. İş fəaliyyətinə Laçın rayon İHB-nin Malbəy kənd nümayəndəliyində başlayan Anar Əsədov 2 saylı Tunel Tikinti İdarəsində Mühəndis, Elmlər Akademiyası Zoologiya İnstitutunda Təsərrüfat müdiri, 2012 – 2016-cı illərdə NB Groop Tikinti Bərpa Rəisi, 05.06.2019 – 30.08.2024 illərdə 140 saylı Təmir Tikinti idarəsində İdarə Rəisi vəzifələrində çalışıb. 10 sentyabr 2024-cü il tarixdən Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyinintabeliyində Regional Su Meliorasiya xidməti Publik Hüquqi Şəxsin Xocavənd SuMeliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi vəzifəsinə təyin olunmuşdur. Bu cür uğurlu yol keçən birinin , ölkənin ən həssas təbəqəsi olan şəhid ailələri və veteranlarla nə problemi var? Ailələrin iddiaları və şikayətləri prezident İlham Əliyev cənablarına ünvanlanmış məktubda aydın görünür. AzTimes.az məktubun surətini əldə edib. Məktubu olduğu kimi sizə təqdim edirik.

QARŞI TƏRƏFİN MÖVQEYİNİ İCTİMAİLƏŞDİRMƏYƏ HAZIRIQ!