Xocalı soyqırımına həsr olunan sərgi keçirildi – Fotolar

Baxılıb:199
Xocalı soyqırımına həsr olunan sərgi keçirildi – Fotolar

Fevralın 25-də Azərbaycan Milli İncəsənət Muzeyində Xocalı soyqırımının iyirmi doqquzuncu ildönümünə həsr edilmiş “Unudulmaz faciə” adlı sərgi keçirilib. 

Mədəniyyət Nazirliyindən “Aztimes.az”a verilən məlumata görə, tədbirdə mədəniyyət naziri Anar Kərimov, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak edib. 

Faciə qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Milli İncəsənət Muzeyinin direktoru, professor Çingiz Fərzəliyev tədbiri giriş sözü ilə açaraq qonaqları salamladı. Erməni millətçilərinin və onların havadarlarının Azərbaycan xalqına qarşı apardığı etnik təmizləmə və soyqırımı siyasətinin davamı və qanlı səhifəsi olan Xocalı qətliamından 29 il ötdüyünü qeyd edib.  Mərasimdə çıxış edən mədəniyyət naziri Anar Kərimov 1992-ci il fevralın 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin bütün beynəlxalq hüquq normalarını pozaraq Xocalıya ağır hərbi texnika yeritdiyini, şəhərin əhalisinə qarşı misli görünməmiş qəddarlıqla divan tutduğunu diqqətə çatdırıb.

Bildirib ki, həmin gecə qadın və uşaqlar da daxil olmaqla ümumilikdə 613 nəfər dinc azərbaycanlı vəhşicəsinə qətlə yetirilib, şəhər yerlə yeksan edilib. Son illərdə dünyanın bir neçə ölkəsinin Xocalı soyqırımını rəsmən tanıdığını deyən Anar Kərimov bildirdi ki, bu soyqırımı aktının beynəlxalq aləmdə tanıdılması, obyektiv qiymət verilməsi istiqamətində işlər davam etdirilməlidir.

Sonda Xocalı soyqırımına həsr olunan rəsm və heykəltəraşlıq nümunələrindən ibarət sərgiyə baxış keçirilib.Qafqazinfo.


Abunəlik