Xocalı faciəsinə hörmətsizlik-DİN tədbir görəcəkmi
Sosial şəbəkələrdə Xocalı soyqırımı ilə bağlı həqiqətəuyğun olmayan, təxribat xarakterli paylaşım edilib.
“Facebook”un Azərbaycan seqmentindən olan Rahim Şalıyev adlı istifadəçi Xocalı soyqırımı ilə bağlı həqiqətəuyğun olmayan məlumat paylaşıb.
Əsassız iddia sosial şəbəkələrdə ciddi narazılığa səbəb olub. Ayrı-ayrı şəxslər, eləcə də ictimai-siyasi cameədə tanınan fəallar hüquq- mühafizə orqanlarından məsələnin nəzarətə götürülməsini istəyib.
Məsələ ilə bağlı mətbuata açıqlamasında Daxili İşlər Nazirliyinin mətbiat katibi Ehsan Zahidov narazılığa səbəb olan paylaşımdan xəbərsiz olduğunu və məsələni araşdıracaqlarını bildirib.
İstinad cebheinfo.
Aztimes.az