Xızı sakinindən heroin tapıldı

Baxılıb:161
Xızı sakinindən heroin tapıldı

       “Xaşxaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Xızı Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən heroin adlanan narkotik tərkibli   maddəni  üzərində gəzdirməkdə şübhəli bilinən rayonun Giləzi qəsəbə sakini Ruhulla Baxşıyev saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba Regional Qrupundan AzTimes.az-a verilən məlumata görə Xızı RPŞ-nin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən həmin şəxsin  üzərinə baxış keçirilən zaman  xeyli miqdarda  heroin aşkar olunaraq götürülmüşdür.Faktla bağlı istintaq aparılır.


Abunəlik