Xızı polisi şəhid ailələrini ziyarət etdi- FOTOLAR

Baxılıb:533
Xızı polisi şəhid ailələrini ziyarət etdi- FOTOLAR

Xızıda polis əməkdaşları şəhid ailələrini ziyarət ediblər. AzTimes.az xəbər verir ki, respublikanın bütün bölgələrində olduğu kimi Xızı rayonundan olan şəhid ailələri də hər zaman diqqət mərkəzindədir.

 

Xızı Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Novruz bayramı münasibətilə Xızı rayonundan olan 1-ci Qarabağ müharibəsi və Vətən müharibəsi şəhidlərinin ailələri ziyarət edilib. Şəhidlərin əziz xatirələri yad edilib, onların həyatı və keçdikləri döyüş yolu haqqında söhbətlər aparılıb. Daha sonra şəhid ailələrinə bayram sovqatları verilib.
Eyni zamanda polis əməkdaşları tərəfindən aztəminatlı ailələrə və tənhalara bayram sovqatları verilib.


Abunəlik