Xırdalanda 51 yaşlı qadına qonşusu küt alətlə xəsarət yetirdi

Baxılıb:179
Xırdalanda 51 yaşlı qadına qonşusu küt alətlə xəsarət yetirdi

Abşeronda bir nəfərin xəsarət alması ilə nəticələnən insident baş verib.

Aztimes.az xəbər verir ki, hadisə Xırdalan şəhərində qeydə alınıb.

Belə ki, 1970-ci il təvəllüdlü İslamova Təyyarə Əkbər qızının baş nahiyəsinə qonşusu tərəfindən küt alətlə zərbə endirilib.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Ona təpə nahiyəsinin əzilmiş yarası və qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.“Report”


Abunəlik