Xırdalan Şəhəri 2 nömrəli tam orta məktəbin direktor müavini Səadət Həsənova dələduzluqda ittiham olunur
Vətəndaş Fəridə Hüseynova (şərti ad) “Xebermen.az”a müraciət edərək bildirir ki,19000 azn Səadət Həsənovaya fərqli tarixlərdə borca pul verib.
Fəridə Hüseynova iddia edir ki,Səadət Həsənova ona qarşı dələduzluq edib.
Vətəndaş redaksiyamıza yazılı müraciətində bildirir:
“-Mən Səadət Həsənovanı 8 ilə yaxın idi ki,tanıyıram.
Səadət Həsənova Milli qəhrəmanın qızı və məktəb direktorunun müavini olduğuna görə ona inanıb fərqli tarixlərdə borca pul vermişəm.Səadət müəlliməyə verdiyim pulları kredit götürərək,qızıllarımı lombarda qoyub ətrafımda olan yaxın insanlardan borca pul götürərək inanıb verdim amma o mənim inamımdan sui-istifadə etdi.
Borca aldığı pulun kreditini ödəyəcəyini desə də, bir müddət ödədikdən sonra məni blok edib zənglərimi açmadı.
Mən Səadət Həsənovanın həyat yoldaşı Şikar bəylə əlaqə saxladım Şikar bəy qısa müddətə ödənişi edəcəyini bildirdi. Şikar bəyin 28 may metro yaxınlığında 2 məktəbli ləvazimat kitab mağazası var inandım ki,pulumu qaytaracaqlar amma Şikarda məndən vaxt istəyib sonra blok etdi.
Bir müddət sonra Səadət Həsənovanın əmri altında 211-… nömrəli telefon zəngi ilə mənə zəng edib polis olduğunu bildirən şəxs pulumu geri istəməyimlə bağlı mənə hədə-qorxu gəlib.
Məsələ ilə bağlı aidiyatı orqanlara polisə müraciət etmişəm.
Paylaşdırmaqda məqsədim odur ki, Səadət Həsənovaya heç kim inanmasın.
Borca pul almaqda niyyətini belə bildirdi ki, 2 nömrəli məktəbə direktor keçmək istəyir təcili ona pul lazımdı mənim kimi çox insandan belə pul aldığını sonralar öyrəndim.
İnanmayın,aldanmayın.”
Redaksiyamıza şikayət daxil olduqdan sonra qarşı tərəflə Səadət Həsənova ilə əlaqə saxladıq ilk öncə şikayətçini tanımadı sonra pul aldığını və həftə sonuna qədər ictimailəşdirməməyimizi xahiş etdi ki, zərərçəkənin pulunu qaytaracam həftə sonu bizim qaynar xətt nömrəmizə səs göndərib özünü öldürəcəyini deyərək nömrəni əngəlləyib.
Səadət Həsənova Milli qəhrəman qızı və müəllimə olduğuna görə ictimailəşdirmək istəmirdik bu gün şikayətçi krediti ödəyə bilmədiyinə görə intihara cəht edib.
Aidiyatı orqanlar məsələ ilə bağlı tədbir görür paylaşmaqda məqsəd Səadət Həsənovanın toruna düşməyəsiniz!
