Xeyir iş, xeyir əməl

Baxılıb:242
Xeyir iş, xeyir əməl

Əsədova Mahirə Sahid qızı 2 iyun 1972-ci il tarixində Bakı şəhərində ziyalı ailəsində ana­dan olub. Əslən Şab­ran rayonundan­dır. Atası Əsədov Sahib Məmməd oğlu uzun müddət müəllim işləmişdir.
Mahirə Əsədova ali təhsillidir. İqtisa­diy­yat Univer­sitetinin Beynəlxalq Münasibətlər və Odlar Yurdu Univer­sitetinin hüquq­ fakültə­lərini bitirmişdir.
“Yeni Yurd ” Sosial İnkişaf İctimai Birliyinin sədridir. Ailəlidir, bir övladı var. ” “Azərbaycan qadını ” layihəsi ilə ictimai fəaliyyətə başlayan Mahirə Əsədova 10 ildən artıqdır ki , ” Yeni Yurd ” İctimai birliyinin rəhbəridir. Màhirə xanım 15 ildən artıq bir müddətdə xeyriyyəçilik fəaliyyəti ilə məşğul olur. Ölkəmizdə və ölkəmizdən kənarda onun maliyyə dəstəyi hessbına başa gələn bir çox layihələr var. Mahirə Əsədovanın ölkəmizin ictimai , siyasi və mədəni həyatının bütün sahələrini əhatə edən müxtəlif mövzulu kitabların nəşr olunmasında da böyük əməyi var. Dünya şöhrətli siyasətçi Heydər Əliyevin azərbaycan qadınına verdiyu yüksək dəyər və hörməti özündə əks etdirən “Azərbaycan qadını” kitabını nəşr etdirib. Bundan başqa Ulu Öndər Heydər Əliyevin şərəfli ömür yolundan bəhs edən “Mən Azərbaycanlıyam” və “Zərifliyin keşiyində böyük dayaq” filimləri onun maliyyə dəstəyi ilə hazırlanıb. Türkiyə və Azərbaycan dövlətlərinin əbədi qardaşlığından bəhs edən “Torpaq, əgər uğrunda ölən varsa Vətəndir” sənədli filimi də Mahirə xanımın adı ilə əlaqəlidir.
M. Əsədova H. Əliyev Fondunun Vitse-Prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən Xocalıya ədalət beynəlxalq məlumatlandırma kompaniyasına dəstək olaraq , öz maliyyəsi ilə Türkiyənin Bolu şəhərində yerləşən Qarabağ parkında “Xarı bülbül” abidəsini inşa etdirmişdir.
Mahirə Əsədova tez – tez ön cəbhə rayonlarına gedərək , əsgər və zabitlərlə görüşlər keçirir. Onun təşəbbüsü və maliyyə dəstəyi ilə cəbhə bölgələrində məcburi köçkünlərimizin su problemlərinin həllinə dəstək olaraq 5 artizyan quyu və şəhidlərimizin xatirəsinə 5 bulaq inşa etdirib.
Mahirə xanım öz rayonunun da hər zaman problemləri ilə maraqkanmış , rayonda iftar süfrələrinin verilməsində, ona müraciət edən neçə-neçə imkansız ailələrin müalicəsi və əməliyyatlarına , qısa bir yolun çəkilməsində , doğma kəndi olan Dağbilici kəndində yerləşən məscidinin yenidən təmir olunmasına maddi dəstək göstərmişdir.
Əziz seçiçilər , səsinizin ali kürsüdən yüksək səviyyədə səslənməsini , problemlərinizin həllinə dəstək olmağı istəyirsinizsə , MAHİRƏ ƏSƏDOVAYA səs verin. — Mahire Esedova ile birlikte.


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir