Xankəndinin yaşayış yerlərində raket qurğuları gizlədilib
Məşhur “delfi.ru” saytının litvalı fotojurnalisti Vidmantas Balkunas Dağlıq Qarabağ münaqişə zonasından hazırladığı reportajlar silsiləsində Ermənistanın bir sıra yalanlarını ifşa edib.
AzTimes.az xəbər verir ki, jurnalist Xankəndidə və Şuşada yaşayış yerlərində, eləcə də digər mülki obyektlərin içərisində və ya yaxınlığında raket qurğularının yerləşdirildiyini yazıb.
Jurnalist bildirib ki, Xankəndidə çoxmənzilli binaların birinin zirzəmisində dinc sakinlərin sığındığı vaxtda, digər bölmədə hərbi formalı şəxslər danışıqlar aparır. Həmçinin, yaşayış bölgələrində raket qurğuları gizlədilib:
“Belə olan halda oyunun bütün qaydalarını qəbul etmək lazımdır. Əgər sizin raket qurğularınız şəhər parkında yerləşirsə və düşmən atəşi ilə məhv edilirsə, o zaman dinc sakinlər həlak olur deyə şikayət etmək lazım deyil. Ya da Şuşada hərbi sursatların gizlədildiyi mədəniyyət evinə zərbə endirdiyi üçün düşməni necə ittiham etmək olar? Şəhərkənarı qəsəbədə S-300 qurğusunun yerləşdirilməsini necə izah etmək olar?”.