Xankəndidə Zəfər Günü ilə bağlı yürüşlər təşkil olunacaq

Baxılıb:15
Xankəndidə Zəfər Günü ilə bağlı yürüşlər təşkil olunacaq

8 Noyabr – Zəfər Günündə hərbi orkestrlərin müşayiəti ilə yürüşlər təşkil olunacaq.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Azərbaycan Respublikasının müdafiə nazirinin təsdiq etdiyi plana əsasən, 8 Noyabr – Zəfər Günü münasibətilə Bakı, Gəncə, Xankəndi, Şuşa və Laçın şəhərlərinin mərkəzi küçə, prospekt və meydanlarında hərbi orkestrlərin müşayiəti ilə yürüşlər təşkil olunacaq.

Hərbi qulluqçular noyabrın 8-də saat 10:00-dan 12:00-dək aşağıdakı marşrutlar üzrə yürüş edəcəklər:

Bakı şəhəri üzrə:

* Heydər Əliyev sarayı – Bülbül prospekti – Nizami Kino Mərkəzi – Neftçilər prospekti – Azadlıq meydanı – “AMAY” ticarət mərkəzi;

* Şəhidlər Xiyabanı – “Alov Qüllələri” Kompleksi – “İçərişəhər” metrostansiyası – Qala qapısı – Azərbaycan Dövlət Kukla teatrı – Azneft dairəsi – Bəhram Gur heykəli;

* Yasamal parkı – Əbdürrəhim bəy Haqverdiyev küçəsi – Hüseyn Cavid prospekti – Hüseyn Cavid parkı – Parlament prospekti – Şəhidlər Xiyabanı;

* “Olimpik Star” İdman və Əyləncə Mərkəzi – Səməd Vurğun küçəsi – Zabitlər parkı – Bakı Dövlət Sirki – Heydər Əliyev Sarayı – İmadəddin Nəsimi heykəli – Neftçilər prospekti;

* Nəriman Nərimanov heykəli – Mərkəzi Park – Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı – Qış parkı – Heydər Əliyev sarayı – Azərbaycan Respublikasının Mərkəzi Bankı – 28 Mall Ticarət Mərkəzi;

Gəncə şəhəri üzrə:

* Nizami Gəncəvi küçəsi (Bayraq meydanının qarşısı) – Heydər Əliyev küçəsi – Sabir küçəsi – Atatürk küçəsi;

Xankəndi, Şuşa, Laçın şəhərlərinin mərkəzi küçə və prospektləri.


Abunəlik