Xankəndi yolunda erməni hərbçiləri qəzaya düşdü
Sünik vilayətində (Zəngəzur) “VAZ-2107” markalı avtomobilin iştirakı ilə ağır qəza baş verib.
“VAZ-2107”in 41 yaşlı sürücüsü Gorus-Xankəndi yolunda maşını 19 yaşlı Şirak sakininin avtomobilinə çırpıb.
Nəticədə “VAZ-2107”də olan sərnişin müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Gorus istintaq şöbəsində cinayət işi başlanıb.
Məlumata görə, “VAZ-2107”nin sürücüsü və sərnişini Rusiyanın Gümrüdəki 102-ci hərbi bazasında xidmət edir.