Xankəndi-Yerevan yolundakı körpü tam dağılmayıb – FOTO

Baxılıb:234
Xankəndi-Yerevan yolundakı körpü tam dağılmayıb – FOTO

Ermənistandan Qarabağa aparan iki yol var, Sevan gölünün sahilindən keçən şimal yolu Azərbaycanın nəzarətində olan ərazilərə çox yaxındır, odur ki, döyüşlərin ilk günündən bağlıdır”.

Bunu BBC-nin işğal altında olan Qarabağ gedən müxbirləri İlya Barabanov və Marina Katayeva yazıb.

“25 il əvvəl bu yerlərdə müharibə qurtarandan sonra “Laçın dəhlizi” Stepanakertlə (Xankəndi) Yerevanı birləşdirən əsas yol hissəsi olub.

Bazar günü səhər BBC müxbirləri Xankəndi istiqamətində bu körpüdən keçə biliblər, axşam onun üzərindən hərəkət dayandırılmışdı, çayı artıq dayaz yerindən keçməli idik, fəhlələr isə çınqıl səpirdilər ki, yeni müvəqqəti yoldan maşınla keçmək asan olsun”- deyə onlar hazırladıqları reportajda qeyd ediblər.

Xankəndi-Yerevan yolundakı körpü tam dağılmayıb - FOTO

Abunəlik