Xankəndi İcra Hakimiyyəti ilə bağlı VACİB xəbər-BÖYÜK QAYIDIŞ

Baxılıb:2385
Xankəndi İcra Hakimiyyəti ilə bağlı VACİB xəbər-BÖYÜK QAYIDIŞ

Mən 2000-ci ildə deputat seçildiyim vaxtdan Xankəndində İcra Hakimiyyətinin yaradılması məsələsini qaldırmışam. Bununla bağlı mətbuatda da dəfələrlə açıqlamalar vermişəm”.

Bu sözləri Redaktor.az-a millət vəkili Elman Məmmədov Xankəndində İcra Hakimiyyətinin yaradılması ilə bağlı danışarkən deyib. O, Xankəndi şəhərində İcra Hakimiyyətinin yaradılmasının vacibliyini qeyd edib:

“Hesab edirəm ki, biz Xankəndidə icra sturukturu yaratmalıyıq. Necə ki, ermənilər orada qanunsuz separatçı qurum yaradıblar, biz də öz ərazimizdə tam qanuni, konstitusiyamıza uyğun şəkildə müvafiq dövlət sturukturu yaratmalıyıq.

Xocalı rayonunun, Şuşanın və digər rayonlarımızın İcra Hakimiyyəti olduğu kimi, Xankəndində də olmalıdır ki, ora qayıdış olanda həmin sturuktur fəaliyyət göstərsin”.

Millət vəkili işğaldan azad olunan ərazilərə qayıtmaq haqqında da danışıb:

“Bildiyiniz kimi, Prezident İlham Əliyev işğaldan azad olunan ərazilərdə nümayəndəliklərin yaradılması haqqında fərman imzalayıb. Düşünürəm ki, Xankəndində də həmin nümayədəliklər olacaqdır.

Hesab edirəm ki, o torpaqlara cənab prezidentin rəhbərliyi altında böyük qayıdış olacaq. O cümlədən Xankəndinə qayıdacağıq. Hətta Xankəndindən olmayan insanlarımızın da orada yaşamaq arzusu var.


Abunəlik