Xaçmazın mərkəzi zibillik içində-FOTO

Baxılıb:421
Xaçmazın mərkəzi zibillik içində-FOTO

Xaçmaz sakini deyir ki,  1 il öncə yeni icra başçısı təyin olunanda   bütün kəndləri  qarış-qarış gəzdi. Bütün problemləri həll edəcəyini dedi. Biz də dedik ki, doşab almışıq, bal çıxıb. Amma həmin o hadisənin üstündən bir il vaxt  keçib,  ortada nə  kəndlərə çəkilmiş bir yol var, nə də qaz xətti. Ne vaxt baxırsan, İcra hakimiyyətinin rəsmi səhifəsində 3-4 icra işçisini salıb dükanlara, küçələrə guya dizinfeksiya işləri aparırlar. Guya  Xaçmazın COVİD-19 la nümunəvi mübarizəsini nümayiş etdirirlər. Reallıq isə rayonun tam mərkəzində korona dönəmində olan mənzərə budu. Təsəvvür edin ki, tam mərkəzdə bu mənzərədir. Burdan ağıllara belə sual gəlir: gör göz önü mərkəz bu gündədisə,  ara məhəllələr, kəndləri nə gündədir.?  Bu da Prezdentin etimad göstərdiyi İcra başçısının  ona etimad edən prezidentə və xaçmazlılara hörməti:

Pərvin ABIŞOVA /AzTimes.az/


Abunəlik