Xəzər TV nin əməkdaşlarına hücüm olub

Baxılıb:248
Xəzər TV nin əməkdaşlarına hücüm olub

Hadisə Kürdəmir rayonunda çəkliş aparan zaman baş verib. AzTimes.az xəbər verir ki, Xəzər Xəbərin Bölgə müxbiri Rəşid Rəşidov​ Bakı Qazax​ magistral​ yolunun kənarında olan restoranların birində çəklişdə olan zaman,mətbəxin hər tərəfi çirkab içərisində olduğunu lentə alıb.Qab qaşıqdan tutmuş döşəmə və divara qədər hər yer çirkli olmasının şahidi olub.Ət məhsullarının​ antisanitar şəraitdə saxlanılmasını çəkən zaman Jurnalistlər hücuma məruz qalıb.Eyni zamanda nalayiq sözlər işlədərək kamera və mikrafonu da sındırmaq istəyiblər.Bundan əlavə kamaranı​ operatordan​ əlindən alaraq qaytarmaq istəməyiblər.Daha sonra polisin müdaxiləsindən sonra kamera və mikrafon onlardan geri alınıb.Daha çox yol kənarlarında fəaliyyət göstərən, belə antisanitar iaşə obyektləri ilə bağlı qida təhlükəsizliyi agentliyinə müraciət edilib.

AzTimes.az


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir