Xətai Rayon Məhkəməsi icra şöbəsində çaşqınlıq- İcranın təmin olunmasını tələb edən qadını döydü, əraziyə YPX çağırdı
Redaksiyamıza müraciət edən Əliyeva Kamilə Hidayət qızı bildirir ki, Rauf Şirasər oğlu Əliyevlə ailə qurduğu zaman Xətayi r/n Babək 64 blok -2 mənzil 31 ünvanında qanuni şəkildə qeydiyyata düşüb. Ailə başçıları vəfat etdikdən sonra vərəsələr arasında mülk üstündə baş verən mübahisələr tez bir zamanda münaqişəyə çevrilib. Qaynı Əliyev Fikrət Şirasər oğlu “Qarabağ qazisiyəm, heç kim mənə bata bilməz” deyərək onlara zor tətbiq edərək yataq xəstəsi olan həyat yoldaşı ilə küçəyə atıblar. Kamilə Əliyeva bacısının evinə sığınıb. Fikrət Əliyev onların qeydiyyatdan çıxarılması məqsədi ilə Xətai rayon məhkəməsinə müraciət edib. Xətai Rayon məhkəməsi şikayətçinin müraciətini rədd edib, mülkün vərəsələr arasında bərabər bölünməsini qət edib. Eynilə Apelliyasiya və Ali məhkəmələrdə də təmin edilməyib. Ailəyə məhkəmə qərarı ilə 2 otaq verilib. Ali məhkəmə “Qərar verildiyi andan qüvvəyə minir” qərarı versə də icra məmuru Vüsal Umarov vətəndaşların hər müraciətində ” İki həftə gözləyin ” deyərək işi uzadır, ailəni onların haqqı olan mənzilə yerləşdirməkdən boyun qaçırır. Vətəndaş Əliyeva Kamilə Hidayət qızı ən son 16/08/2019-cu il tarixdə Xətai rayon məhkəmə icra şöbəsinə gedərək icranın nə üçün ləngidildiyini soruşub. Vətəndaş iddia edir ki, ona qarşı amansız davranan icra şöbəsinin rəisi zor tətbiq edib. Bunun nəticəsində qadının dodağı partlayıb. Kamilə Əliyevanın vəziyyətinin pisləşdiyini görən şöbə əməkdaşları əraziyə Təcili Tibbi Yardım çağırıblar.Vətəndaşın iddiasına görə sonra əraziyə Yol Patrul Xidmətinin əməkdaşları cəlb olunub. “İcra şöbəsinə avtomabillə yaxınlaşmışdınızmı?” sualına ” Mən yeməyə çörək tapmıram. Avtomabilim var?” deyə sulla cavab verən vətəndaş beyinlərdə sual işarəsi qoydu. Görəsən nömrəni səhv yığıblar???
Xanımın digər iddiası isə icra əməkdaşları tərəfindən əl çantasının və sinəsinin yoxlanılması ,oraya özü ilə apardığı məhkəmə qətnamələrinin məcburi şəkildə götürülməsidir.
Biz şikayət obyekti olan Xətai Rayon Məhkəmə icra şöbəsinin rəisindən məsələ ilə bağlı açıqlama gözləyirik. Qarşı tərəfin fikrini dinləməyə hazırıq.
AzTimes.az