Xərçəngin aşkarlanması ilə bağlı YENİLİK

Baxılıb:76
Xərçəngin aşkarlanması ilə bağlı YENİLİK

Şotlandiyalı tədqiqatçılar xərçəngi yüksək dəqiqliklə aşkar etmək üçün süni intellektdən istifadə edən kompüter proqramı hazırlayıblar.

Qlazqo Universitetinin süni intellekt və xərçəng üzərində çalışan bir qrup alimi xərçəng xəstəliklərinin diaqnozunu asanlaşdırmaq üçün süni intellekt texnologiyasından istifadə edib.

Tədqiqatçılar patoloqların hazırladıqları “Histomorfoloji Fenotip Öyrənmə” (HPL) adlı proqramla xərçəng diaqnozunu daha asan və sürətli edə biləcəklərini açıqlayıblar.

Tədqiqatçılar şəkilləri təhlil etmək və oradakı nümunələri aşkar etmək üçün özünü təlim alqoritmi hazırlayıblar.

Həkimlər xərçəngin təkrarlanma ehtimalını və zamanını 64 faiz nisbətində dəqiq proqnozlaşdırarkən, HPL-də bu nisbətin 72 faiz olduğu müşahidə edilib.

Digər tərəfdən, tədqiqatçılar bu süni intellekt sistemi ilə döş və prostat vəzi kimi 10 xərçəng növündə ardıcıl nəticələr əldə ediblər.

Araşdırma “Nature Communications” jurnalında dərc edilib.


Abunəlik