“Whatsapp”dan yenilik
“WhatsApp” messencerinin “Android” üçün yeni beta versiyasında səsli mesajların yazılmasına fasilə vermək və bərpa etmək imkanı var.
Səsyazmanı dayandırmaq üçün istifadəçi ekranın aşağı hissəsində görünəcək yeni pauza düyməsini sıxmalıdır. Bundan sonra həmin düymə mikrofon şəkli alacaq. Qeydə davam etmək üçün onu yenidən basmaq kifayətdir.
Bir müddət əvvəl bu funksiya messencerin iOS və fərdi kompüterlər üçün nəzərdə tutulan versiyalarında peyda olub.
Hazırda yenilik beta testçiləri üçün əlçatan olsa da, tezliklə bütün istifadəçilərin ixtiyarınıa veriləcək.
Mənbə: gazeta.ru