“WhatsApp”dan çoxdan gözlənilən YENİLİK
“WhatsApp” istifadəçiləri PİN kodu təyin edərək yeni mesajlardan “qoruna” biləcəklər.
Bu barədə “WABetaInfo” portalı məlumat yayıb.
Bu funksiya iOS-da əlavələrin funksiyalarını yoxlamaq üçün istifadə edilən “TestFlight” proqramı vasitəsilə aşkar edilib. Portal müəlliflərinin sözlərinə görə, vatsapın gələcək versiyasında istifadəçi arzuolunmaz mesajlardan özünü qorumaq üçün PİN kodu əlavə edə biləcək.
Bildirilir ki, yeni həmsöhbətlər ilk mesajı yazmaq üçün PİN kodu daxil etməli olacaqlar. Məhdudiyyət adları “əlaqə kitabı”nda olmayan istifadəçilərə şamil edilir.
Yeni funksiyanın messencerin ictimai versiyasında nə vaxt istifadəyə veriləcəyi məlum deyil.