“WhatsApp” “status”una görə qardaş bacısını bıçaqladı – Azərbaycanda DƏHŞƏT

Baxılıb:146
“WhatsApp” “status”una görə qardaş bacısını bıçaqladı – Azərbaycanda DƏHŞƏT

Bakının Sabunçu rayonunda qardaş bacısını bıçaqlayıb.

  Hadisə Komsomol dairəsi kimi tanınan ərazidə qeydə alınıb.

Belə ki, Asəf Əsədullayev küçəsində 1986-ci il təvəllüdlü Əhmədova Şəhanə Mərdan qızı həyat yoldaşı ilə birgə evə gələrkən qardaşı onları qarşılayıb.

Ş.Əhmədovanın qardaşı bıçaqla onun kürəyinə iki bıçaq zərbəsi vurub.

Əri mübahisənin qarşısını almaq istəyərkən Ş.Əhmədovanın qardaşı bildirib ki, o “WhatsApp”ın hekayə bölməsində paylaşım etdiyinə görə bu əməli törədib.

Qadın 3 saylı xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Onun vəziyyəti ağır olaraq qiymətləndirilir.

Hələlik statusunun nədən ibarət olduğu bilinmir.

Faktla bağlı araşdırma aparılır.

APA


Abunəlik