Vüsal Məmmədov: “Paşinyanın Dağlıq Qarabağla bağlı bəyənatı erməni ordusundakı ölmüş ruhu yüksəltmək məqsədi daşıyır”

Baxılıb:225
Vüsal Məmmədov: “Paşinyanın Dağlıq Qarabağla bağlı bəyənatı erməni ordusundakı ölmüş ruhu yüksəltmək məqsədi daşıyır”
Paşinyanın Qarabağla bağlı çıxışı növbəti təxribatdır. Paşinyan hökumət başçısı seçildiyi gündən nə danışdığını heç vaxt bilməyib və hakimiyyətə gəldikdən bu günə qədər sərsəm çıxışlar edib və heç vaxt da çıxışlarının mahiyyətini dərk etməyib. Bu səbəbdən onun çıxışları heç vaxt ciddi xarakter daşıya bilməz. Hər zaman da küçə leksikonu formatında danışıb. Paşinyan zaman-zaman Dağlıq Qarabağa dair heç bir həqiqətə və heçbir beynəlxalq qanuna sığmayan fikirlər səsləndirib. Paşinyanın gülməli və absurd bəyənatları əslində ermənistanın işğalçı mövqeyini təsdiqləyir. Paşinyan Dağlıq Qarabağı ermənistanın tərkib hissəsi adlandırmaqla ölkəsinin işğalçı mövqeyini və ermənistanın qəsbkarlıq siyasətini rəsmən ortaya qoydu. Bu‚ onun danışıqlarının görünən tərəfi idi. Əsas məsələ isə məsələnin görünməyən tərəfidir. Əvvəla buradan başlayaq ki‚ hazırda ermənistan səfalət və aclıq içərisindədir və illərdir blokdadadır. Erməmistan iqtisadiyyatı sürətlə çökür. Bunun fonunda ermənistan ordusu da çöküşünü yaşayır. erməni ordusunda milli ruh ölü vəziyyətdədir‚ ordu aclıq keçirir‚ silahları sıradan çıxmış köhnə sovet silahlarıdır‚ ümumuyyətlə erməni ordusunda və erməni ictimaiyyətində həmrəylik sıfırdadır‚ hətta sıfırdan mənfiyədir. Lakin bütün bunların fonunda Azərbaycan yüksək səviyyədə inkişaf edib və ordumuz günü-gündən daha da güclənir‚ ordumuzda və ölkəmizdə milli ruh ən yüksək səviyyədədir‚ ordumuzda həmrəylik və vətənsevərlik pik həddədir. Üstəlik Dövlətimizlə xalqımızın çox dərin birliyi və həmrəyliyi mövcuddur. Ordumuzun ixtiyarındakı silah və texnikalar dünyanın ən aparıcı ölkələrində olan müasir texnika və silahlardır. Ermənistanda isə bunun tam əksidir. Erməni ictimaiyyəti də bunu görür və daim qorxu içərisindədir. Paşinyan da bu halı və situasiyanı yüksək səviyyədə görür və dərk edir. Odur ki‚ erməni ictimaiyyətinin gözünü boyamaq və orduda ruh yüksəkliyi yaratmaq üçün bu cür sərsəm və absurd bəyənatlar səsləndirməyə məcbur olur. Paşinyan əslində çox gözəl bilir ki‚ Azərbaycan ordusu bir neçə saat ərzində Qarabağı azad etmək və bütün erməni ordusunu məhv etmək gücündədir. 2016-cı ilin 4 günlük aprel döyüşlərində bunu bütün dünya gördü və eləcə də‚ Paşinyan. Onun hazırkı bəyanatları sadəcə erməni ictimaiyyətində ruh yüksəkliyi yaratmaq məqsədi daşıyır. Beləcə həm də hakimiyyətini daxildə möhkəmlətməyə çalışır. Amma Nikol Paşinyanın bu kimi danışıqlarının mahiyyətinin nə olmasından asılı olmayaraq qəsbkarlıq mövqeyidir. Halbuki Paşinyan bilməlidirki Azərbaycan BMT-yə qəbul edilərkən və BMT Təhlükəsizlik Şurasında Azərbaycanın müstəqilliyi qəbul olunarkən məhz bu torpaqlarla daxil olub. Ermənistanın işğal etdiyi torpaqları dərhal və qeyd-şərtsiz azad etməsi üçün BMT Təhlükəsizlik Şurasının 4 ardıcıl qətnaməsi var. BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasının məcburi olmasını nəzərə alsaq‚ ermənistan təkcə bu qətnamələri icra etmədiyi üçün BMT və dünya birliyi‚ Beynəlxalq ictimaiyyət və habelə beynəlxalq hüquq qarşısında ciddi məsuliyyət daşıyır və birmənalı olaraq hərbi cinayətlərə imza atmış ölkə olmaqla yanaşı‚ həm də beynəlxalq qətnamələri icra etməyən ölkə olaraq cinayətə yol verir. Paşinyan ilk öncə bunu bilməlidir. BMT Təhlükəsizlik Şurasının qətnamələri və həmçinin beynəlxalq hüquq icazə verir ki‚ Azərbaycan öz torpaqlarını istənilən vaxt hərbi yolla və güc tətbiq edərək geri alsın. Əlbəttə ki‚ Dövlətimizin başçısı qərar qəbul etdikdə‚ ordumuz saatlar içərisində işğal olunmuş torpaqlarımızı geri alacaq. Vüsal Məmmədov /AzTimes.az/

Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir