Vüsal Məmmədov: “Cənab Prezidentin başlatdığı islahatlar ölkəmiz üçün parlaq nəticələr verəcək”

Baxılıb:194
Vüsal Məmmədov:  “Cənab Prezidentin başlatdığı islahatlar ölkəmiz üçün parlaq nəticələr verəcək”

 

Ölkəmizdə gedən islahatlar ölkəmizin inkişafına böyük təkan verəcək. Dövlətimizin başçısı da məhz ölkəmizin inkişafını və xalqımızın maddi rifahını düşünərək dərin və geniş spektrli islaharlar prosesinə start verib. İslaharlar prosesi İqtisadi və hüquqi sahələrin hamısını hərtərəfli əhatə etməkdədir. Aparılan islahatlar xalqımızın milli maraqlarına və ölkəmizdə əmin-amanlığın təmin olunmasına‚ ölkə əhalisinin firəvanlığına hesablanıb. Bunun üçün bütün sahələrdə geniş və dərin islahatlar prosesi başlanıb. Xüsusən gənclərin islahatlara daxil edilməsi Dövlətimizin apardığı ən prioritet məsələdir ki‚ bütün sahələrdə gənclərə xüsusi önəm verilərək irəli çəkilir. Bu isə ölkəmizin gələcəyi üçün böyük perspektivlər və irəliləyişlər vəd edir. Gənclərin işə cəlb olunması cənab Prezidentin gənc nəslə önəm verməsinin göstəricisidir. Göründüyü kimi‚ islahatlar bütün sahələri əhatə edib. Ölkə gəncləri də cənab Prezidentin islahatlar təşəbbüsünü ürəkdən dəstəkləyir. Başladılan islahatlar prosesi ölkəmizi daha da gücləndirəcək və irəli aparacaq. Hər bir qərar və verilən hər bir sərəncam‚ atılan hər bir addım Azərbaycanın daha da güclənməsinə‚ ölkəmizin sürətli inkişafına‚ xalqımızın əmin-amanlığının təmin olunmasına xidmət edəcək. Cənab Prezidentin apardığı uğurlu siyasət ölkəmizi hələ çox irəlyə aparacaq. Başlanan islahatlar parlaq nəticələr verəcək.

AzTimes.az


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir