Vitaminlərlə bağlı yayılmış yanlış təsəvvürlər

Baxılıb:95
Vitaminlərlə bağlı yayılmış yanlış təsəvvürlər

Bədənimizin sağlamlığı üçün əvəzolunmaz olan vitaminlər səbəbsiz istifadə edildikdə faydadan çox zərər verə bilər.

Türkiyədə Acıbadem Ataşehir Xəstəxanasının Daxili Xəstəliklər Mütəxəssisi Dr. Aysun Işıklar vitaminlərin ilk növbədə qidalarla təmin edilməsi lazım olduğunu bildirib:

“Vitaminlərin ilkin təbii qaynaqları tərəvəzlər, meyvələr, paxlalılan, tam taxıl məhsulları və süd məhsullarıdır. Bunlar kifayət qədər istehlak edilmədikdə, ürək xəstəlikləri, xərçəng və osteoporoz kimi xəstəliklərin inkişaf riski artır”.

O, vitamin əlavələrinin həkimə müraciət etmədən istifadə edilməsi və lazımi ölçü götürülməməsinin qaraciyərdən böyrək zədələnməsinə qədər bir çox dağıdıcı təsirlərə səbəb ola biləcəyini vurğulayıb:

“Bu vəziyyət gündəlik istifadə etdiyimiz qida və içkilərə, eləcə də insanın yaşına, müşayiət olunan xəstəliklərə və həyat tərzinə görə dəyişir. Məsələn, B6 vitamininin həddindən artıq olması sinir zədələnməsinə səbəb ola bilər, həddindən artıq A vitamini qaraciyərin zədələnməsinə səbəb ola bilər. Qərəlsiz D vitamini ürək ritm problemlərindən böyrək çatışmazlığına qədər ciddi zərər verə bilər”.


Abunəlik