Vilayət Eyvazovdan Elşad Hacıyevlə bağlı ƏMR

Baxılıb:276
Vilayət Eyvazovdan Elşad Hacıyevlə bağlı ƏMR

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyevin rütbəsi artırılıb.

Nazir Vilayət Eyvazovun əmri ilə E.Hacıyevə polkovnik-leytenant rütbəsi verilib.

Qeyd edək ki, Elşad Hacıyev 2020-ci ildən DİN Mətbuat xidmətinin şöbə rəisi vəzifəsini tutur. O, daha əvvəl Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəhbəri olub.

O, cəmiyyətdə polisin nüfuzunun qorunması, ictimaiyyətin və media nümayəndələrinin baş vermiş hadislərlə bağı vaxtında məlumatlandırılması, maarifləndirmə işinin təşkilində xüsusi fəallığı ilə seçilir.


Abunəlik