Vilayət Eyvazov polkovnik-leytenantı Bakıda rəis təyin etdi
Daxili İşlər Nazirliyində növbəti kadr dəyişikliyi baş tutub.
Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazovun müvafiq əmri ilə polis polkovnik-leytenantı Tural Nəzərov Sabunçu Rayon Polis İdarəsinin 15-ci polis bölməsinin rəisi təyin edilib.
Qeyd edək ki, Tural Nəzərov bundan əvvəl 15-ci polis bölməsində rəis müavini olub.