Vilayət Eyvazov Gəncənin rəis müavinini Bakıya gətirdi
Daxili İşlər orqanlarında kadr dəyişikliyi olub.
Unikal.org-un məlumatına görə, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki Oktay Süleymanlı tutduğu vəzifədən azad olunub.
Nazirin digər əmri ilə, o, Qaradağ Rayon Polis İdarəsinin xidmət üzrə rəis müavini vəzifəsinə təyinat alıb.