Vilayət Eyvazov DYP rəisini vəzifəsindən azad etdi – ƏMR
Daxili işlər orqanında kadr dəyişikliyi baş tutub.
Aztimes.az xəbər verir ki, Oxu.Az-ın məlumatına görə, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Samux Rayon Polis Şöbəsini Dövlət Yol Polisi Bölməsinin rəisi, polis polkovnik-leytenantı Rafiq Bağırov tutduğu vəzifədən azad edilib.
O, sərəncama götürülüb.