Vilayət Eyvazov bu bölmənin rəisini və əməkdaşlarını işdən çıxardı

Baxılıb:345
Vilayət Eyvazov bu bölmənin rəisini və əməkdaşlarını işdən çıxardı

Binəqədi rayon polis idarəsinin 43-cü polis bölməsinin rəisi, polkovnik-leytenant Elşən Tağıyev və bir neçə əməkdaşı işdən çıxarılıb. Oxu24.com -un unikal.org-a istinadən verdiyi məlumata görə, bununla bağlı Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, bölmənin rəis müavini, polis mayoru Ramin Səfərov, əməliyyatçılar Seymur Əliyev, Pərviz Məmmədzadə və Elvin Qafarov işdən çıxarılıb. Xəbəri Binəqədi rayon polis idarəsinin 43-cü polis bölməsindən Unikal.org-a təsdiqləyiblər.

AZTİMES.AZ


Abunəlik