Vilayət Eyvazov əmr imzaladı- Azad OLUNSUN

Baxılıb:1102
Vilayət Eyvazov əmr imzaladı- Azad OLUNSUN

Daxili işlər orqanlarında yeni kadr təyinatı olub.
AzTimes.az reporta istinadla məlumat verir ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, Qobustan Rayon Polis Şöbəsinin (RPŞ) xidmət üzrə rəis müavini polis polkovnik-leytenantı Ağaşirin Nəsibbəyli vəzifəsindən azad edilib.
Nazirin digər əmri ilə həmin vəzifəyə polis kapitanı Vüsal İsmayılov təyin olunub.
V.İsmayılov bu təyinatadək həmin Şöbənin ictimai təhlükəsizlik bölməsinin rəisi vəzifəsində çalışırdı.


Abunəlik