Vergi Məcəlləsi və 10 qanunda dəyişiklik birinci oxunuşda qəbul edildi

Baxılıb:70
Vergi Məcəlləsi və 10 qanunda dəyişiklik birinci oxunuşda qəbul edildi

Milli Məclis Vergi Məcəlləsində və bununla bərabər 10 qanunda dəyişikliyi birinci oxunuşda qəbul edib.

Parlamentin bugünkü plenar iclasında Vergi Məcəlləsində, “Valyuta tənzimi haqqında”, “Kommersiya sirri haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Banklar haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında”, “İnvestisiya fondları haqqında”, “Qiymətli kağızlar bazarı haqqında”, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanunlarda dəyişiklik layihəsi ilk oxunuşda müzakirə edilib.

Qeyd edilib ki, Prezident İlham Əliyevin 2023-cü il 28 fevral tarixli sərəncamı ilə təsdiq edilmiş “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə dair 2023-2025-ci illər üzrə Milli Fəaliyyət Planı”nın 8.4.1-ci yarımbəndində benefisiar mülkiyyətçilərə dair mərkəzləşdirilmiş məlumat bazasının yaradılması üçün normativ hüquqi əsasların formalaşdırılması öz əksini tapıb.

Qanun layihəsi Milli Fəaliyyət Planının müvafiq tələbinə uyğunolaraq, beynəlxalq təcrübə nəzərə alınmaqla hazırlanıb. Belə ki, qanun layihəsi hazırlanarkən Maliyyə Tədbirləri üzrə İşçi Qrupunun (FATF) 24-cü
(hüquqi şəxslərin şəffaflığı və benefisiar mülkiyyətçiləri) və 25-ci (hüquqitəsisatların şəffaflığı və benefisiar mülkiyyətçiləri) Tövsiyələrinə istinad edilib. Həmin Tövsiyələr hüquqi şəxslərin və hüquqi təsisatların özbenefisiar mülkiyyətçilərini müəyyən etməsi, ölkə tərəfinden benefisiarmülkiyyətçilərə dair məlumat bazasının formalaşdırılması, o cümlədən bu prosesdə öhdəlik daşıyan şəxslərin hüquqi şəxs və hüquqi təsisat olan müştərilərinin benefisiar mülkiyyətçiləri barədə məlumatlarından istifadəedilməsi öhdəliyini müəyyən edir.

Bildirilib ki, FATF-In 24-cü Tövsiyəsi benefisiar mülkiyyətçi məlumatlarının əldə oluna bilməsi üçün 3 fərqli mexanizmi nəzərdə tutur. Bu mexanizmlərdən biri, yəni öhdəlik daşıyan şəxslər tərəfindən müvafiq məlumatların əldə edilməsi tələbi “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunda təsbit olunsa da, digər iki mexanizm qüvvədə olanqanunvericilikdə nəzərdə tutulmayıb.

Bunlar hüquqi şəxslərin özləri tərəfindən benefisiar mülkiyyətçi məlumatlarının reyestrinin aparılması, hüquqi şəxslərin dövlət qeydiyyatı prosesində benefisiar mülkiyyətçilərin müəyyən edilərək reyestrin formalaşdırılması mexanizmləridir. Bu mexanizmlərin qanunvericilikdə təsbit edilməsi ilə qeyd edilən beynəlxalq standartların qanunvericiliyə implementasiyası həyata keçiriləcək.

Beləliklə, qeyd olunanlar nəzərə alınmaqla, qanun layihəsi aşağıda göstərilən məsələlərə dair hüquqi mexanizmlərin yardılmasını nəzərdə tutur:

– hüquqi şəxslərin dövlet qeydiyyatı mərhələsində yaradılacaqhüquqi şəxsin benefisiar mülkiyyətçisinə (mülkiyyətçilərinə) dair məlumat və sənədlərin təsisçilər tərəfindən səlahiyyətli dövlət orqanına təqdim edilməsi;

– maliyyə institutlarının lisenziyalaşdırılması mərhələsində təsisçixarici hüquqi təsisat olarsa, bu barədə məlumatların səlahiyyətli dövlətorqanına təqdim edilməsi;

– təqdim edilmiş məlumat və sənədlərin benefisiar mülkiyyətçilərədair mərkəzləşdirilmiş məlumat bazasına daxil edilməsi;

– benefisiar mülkiyyətçilərin reyestrinə daxil edilmiş məlumatlarınhəqiqiliyinin maliyyə monitorinqi orqanı tərəfindən yoxlanılması.

Layihənin qəbul edilməsi ilə hüquqi şəxslərin benefisiar mülkiyyətçilərinədair dürüst, dəqiq, yenilənmiş məlumatları əks etdirən mərkəzləşdirilmişməlumat bazasının formalaşdırılması təmin ediləcəkdir, bu isə cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsineqarşı mübarizənin effektivliyinin artmasına xidmət edəcək.

Dəyişiklik layihələri müzakirələrdən sonra I oxunuşda qəbul edilib.


Abunəlik