Vaşinqton separatizmə QUCAQ AÇIR

Baxılıb:82
Vaşinqton separatizmə QUCAQ AÇIR

ABŞ Konqresində Azərbaycan Qarabağ iqtisadi rayonunda ləğv edilən separatçı rejimə (“Artsax”) həsr olunmuş tədbir keçiriləcək.

Bu barədə Amerika Erməni Milli Komitəsi (ANCA) məlumat yayıb.

Bildirilib ki, Konqresmenlər və ictimai xadimlər sentyabrın 19-da Kapitoli toplaşacaqlar. İclasda Azərbaycanın məsuliyyətə cəlb edilməsi, eləcə də ermənilərin Azərbaycanın qanuni ərazilərinə təhlükəsiz qayıtmasını tələb edən proqram müzakirə olunacaq.

Xatırladaq ki, ötən il sentyabrın 19-20-də Azərbaycan ordusu tərəfindən həyata keçirilmiş antiterror əməliyyatı nəticəsində Azərbaycan Respublikasının dövlət suverenliyinin tam bərpa edilməsi, separatçılığa, “boz zonaya” son qoyulub.

Qondarma “Dağlıq Qarabağ Respublikası”nın “prezidenti” Samvel Şahramanyanın 2023-cü ilin sentyabrın 28-də imzaladığı “fərman”a əsasən Azərbaycanın Qarabağ bölgəsindəki qanunsuz rejim ləğv edilib.

Həmin sənədə əsasən, 2024-cü il yanvarın 1-dən qondarma “Dağlıq Qarabağ Respublikası”nın tərkibindəki bütün dövlət qurumları, təşkilatları ləğv edilib və qondarma rejim fəaliyyətini dayandırıb.


Abunəlik