Varlı ölkələrin vətəndaşları da bahalıqdan şikayət edir: səhiyyə, təhsil, mənzil…

Baxılıb:60
Varlı ölkələrin vətəndaşları da bahalıqdan şikayət edir: səhiyyə, təhsil, mənzil…

Zəngin ölkələrdə mənzil qiymətlərindən narazılıq rekord həddə çatıb.

Bu barədə “Financial Times” məlumat yayıb.

Bir sıra Avropa ölkələrində daşınmaz əmlak hələ də pandemiyadan əvvəlki kimi bahadır. ABŞ-da da qiymətlər yüksəlib. Sakinlərin demək olar ki, 60 faizi ucuz mənzillərin azlığından narazıdır. Üstəlik, kirayə haqları kəskin şəkildə artıb.

Belə bir fikir var ki, bu vəziyyət 2024-cü ildə ABŞ-da keçiriləcək prezident seçkilərinin nəticələrinə təsir edəcək.

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına üzv olan 37 ölkənin vətəndaşlarının əhval-ruhiyyəsini öyrənən “Gallup” ekspertləri müəyyən ediblər ki, mənzil problemindən ən çox 30 yaşdan aşağı insanlar narazıdır.

Bildirilir ki, Almaniyada mənzil almaq imkanından narazı olan insanların payı 2023-cü ildəki 42 faizdən və 2012-ci ildən əvvəlki rəqəmdən iki dəfə çox olmaqla, 46 faizə yüksəlib. İspaniyada bu rəqəm 2024-cü ildə 62 faizə yüksəlib ki, bu da maliyyə böhranından bəri ən yüksək göstəricidir.

Bundan əlavə, zəngin ölkələrdə əhalinin təxminən 30 faizi səhiyyə, təhsil və ictimai nəqliyyat sistemlərindən narazıdır.


Abunəlik