Vardanyanın azad edilməsi üçün yeni plan – Polmanı Bakı ilə nə bağlayır?
ABŞ-ın nəhəng “Edelman PR” şirkəti Bakıda həbsdə olan separatçı Ruben Vardanyanın “təmizə çıxarılması” və müdafiəsi məqsədilə beynəlxalq müstəvidə iş aparır.
Bu barədə “Haber Global” yazıb.
Məlumata görə, çirkli pulların yuyulması işini həyata keçirən Vardanyanın “təmizə çıxarılması” və həbsdən azad edilməsi işində “Edelman PR” şirkəti ilə yanaşı, “Unilever” şirkətinin keçmiş icraçı direktoru Paul Polman da iştirak edir.
P.Polman “Unilever” şirkətində 10 il – 2009-2019-cu illərdə çalışıb. Marqlıdır ki, “Unilever” şirkəti Azərbaycanda da fəaliyyət göstərir və bu, Polman şirkətə rəhbərlik etdiyi dövrdə başlayıb.
Polman 2019-cu ildə iqlim dəyişikliyi üzrə mübarizə aparan “Imagine Consultancy” şirkətini yaradıb. Şirkət 2022-ci ildə ətraf mühit üzə məsləhət şirkəti olan “Systemiq” tərəfindən satın alınıb. P.Polman özünü “xeyriyyəçi” kimi göstərməyə çalışsa da, əsas işi qeyri-leqal lobbiçilik fəaliyyətinin göstərilməsidir. Onun Vardanyanın müdafiəsinə qoşulması da biznes maraqlarından qaynaqlanır.