Valideynlərin nəzərinə: Bir sıra məktəb ləvazimatları bahalaşacaq
Məktəb ləvazimatlarının qiymətində əvvəlki il ilə müqayisədə 9,8 faiz artım qeydə alınıb. Bahalaşmanın əsas səbəbi idxal edilən məhsulların qiymətinin yüksəlməsidir. Belə ki, idxal inflyasiyası məktəb ləvazimatlarının qiymətini artırıb.
Bu barədə “Trend”ə İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) məlumat verilib.
Məktəbli geyimlərinə də tələbin artması müşahidə olunub. Bu, əksər məktəblərdə yeni məktəb geyimlərinin formalarının tətbiq edilməsi ilə bağlıdır. Bu isə ailələrin məktəbə hazırlıq xərclərini artırıb.
Bununla yanaşı, məktəb ləvazimatlarının qiymətində artım davam edib. Xüsusilə də məktəbli çantalarının və digər məktəb ləvazimatlarının qiymətində daha yüksək artımlar var. Tələb yüksək olduğu üçün özünü qiymətlərdə göstərir. Hələlik tələb artan dinamika üzrə gedir. Gözlənilir ki, növbəti günlərdə tələb daha çox artacaq və tələbin artmasına uyğun qiymətlərin də artacağı ehtimalı var.