Vəzifəsindən sui-istifadə edən polis xanıma mesaj yazdı

Baxılıb:854
Vəzifəsindən sui-istifadə edən polis xanıma mesaj yazdı

Azərbaycanda polis vəzifəsindən sui istifadə edərək xanım vətəndaşı narahat edib.

AzTimes.az-ın məlumatına görə Azərbaycan Daxili İşlər Nazirliyinin polis əməkdaşı Zahir Abbasov Sevda Mahmudova adlı vətəndaşın Facebook səhifəsinə lüzumsuz yerə ismarış göndərib.

Bu barədə vətəndaş Sevda Mahmudova öz Facebook səhifəsində paylaşım edib. Daha sonra status mühacir Həbib Müntəzir tərəfindən ictimailəşdirilib.

Qeyd edək ki, Sevda Mahmudova Daxili İşlər Nazirliyinə rəsmi şəkildə şikayət məktubu göndərib.


Abunəlik