Vətəndaşın evi uçmaq təhlükəsi ilə üz-üzə: Nəqliyyat Departamenti tədbir görmür- FOTOLAR

Baxılıb:299
Vətəndaşın evi uçmaq təhlükəsi ilə üz-üzə: Nəqliyyat Departamenti tədbir görmür- FOTOLAR

Bakı şəhər Binəqədi rayonu ərazisində yerləşən “Nəqliyyat departamenti” nin nəzdində olan beş mərtəbəli yataqxanada uzun illərdir ki, I Qarabağ müharibəsi dönəmində ermənilər tərəfindən yurd- yuvalarından qovulmuş məcburi köçkünlərlə yanaşı sadə vətəndaşlar da yaşayır.
Uzun illərdir ki, pedaqoji fəaliyyətlə məşğul olan Nəsibə Dadaşova AzTimes.az-ın redaksiyasına müraciət edərək bildirir ki, onsuz da uzun müddətdir dövlət tərəfindən nəzarətdən kənarda qalan bina bəzi vətəndaşların kənar müdaxiləsi ilə daha da yararsız vəziyyətə düşüb.
Vətəndaş şikayətində bildirir ki, o min-bir əziyyətlə yataqxananın 4-cü mərtəbəsində bir otaq alıb. Müəllim maaşı ilə təmir etdirib. Həyat yoldaşının vəfatından sonra mənzildə tək yaşayan Nəsibə Dadaşovanıın qara günləri başlayıb. Beşinci mərtəbədə yaşayan, əslən Fizuli rayonundan olan Yavər adlı şəxs öz statusundan istifadə edərək beşinci mərtəbədə iki otağı zəbt edərək birində özü yaşamaqla ,digərini kirayə verib. Kirayə verilən mənzildən artıq illərdir ki, bütün kanalizasiya suları Nəsibə Dadaşovanın mənzilinə axıdılaraq yararsız hala salınıb. Xanım iddia edir ki, məsələ ilə bağlı aidiyyəti üzrə bütün qurumlara dəfələrlə müraciət etsəm də heç kim məhəl qoymur. Nəsibə Dadaşova dəfələrlə Daxili işlər nazirliyinin 102 qaynar xəttinə müraciət edib. Sahə müvəkkili o məlumatlandırıb. Amma yazıq qadın bildirir ki, polis ancaq əraziyə baxış keçirib getməklə kifayətlənib. Ümidvarıq ki, Nəqliyyat Departamenti bu barədə bir tədbir görər.

Mövqelər bizim üçün önəmlidir.


Abunəlik