Vətən şəhidi Elnur Əliyevin ad günüdür – 21 yaşı olacaqdı

Baxılıb:238
Vətən şəhidi Elnur Əliyevin ad günüdür – 21 yaşı olacaqdı

Bu gün Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Elnur Əliyevin ad günüdür.

“Aztimes.az”informasiya agentliyinin xəbərinə görə, yaşasaydı əgər onun 21 yaşı tamam olacaqdı. Bu münasibətlə rayon İcra Hakimiyyətinin başçısı, şəhidimizin qohumları və döyüş yoldaşları Göyçay Şəhidlər Xiyabanına gedərək onun məzarını ziyarət ediblər, ruhuna dualar oxuyublar. Anası oğlunun bu dəfəki doğum gününü göz yaşları ilə qeyd etdiyini bildirib. Elnur Ərəstun oğlu Əliyev 2000-ci ildə Göyçay rayon Potu kəndində dünyaya göz açıb. Qəhrəman şəhidimizin bir sözü var idi: “Ya tarix yazacam, ya da tarixdə qalacam”. İndi o, həm tarix yazdı, həm də adını tarixə yazdırdı. E.Əliyev Oktyabr ayının 6-sı tarixində Qubadlı istiqamətində gedən şiddətli döyüşlər zamanı başından ağır yaralanaraq şəhid olub.

Xatırladaq ki, döyüşlər zamanı göstərdiyi şücaətlərə görə ölümündən sonra Ali Baş Komandan İlham Əliyev tərəfindən “Vətən uğrunda” medalı ilə təltif olunub.

Allah rəhmət etsin.

Cahangir Novruz.


Abunəlik