Vətən müharibəsi qazisinin görmə qabiliyyəti bərpa edildi – FOTO
Qazimizin Arif Hacıyevin görmə qabiliyyəti bərpa edilib.
Bu barədə “YAŞAT” Fondu məlumat yayıb.
Bildirilib ki, qazimiz müharibə zamanı aldığı zədədən huşunu itirib, eyni zamanda bir gözündən xəsarət alıb. İsrailli həkim tərəfindən onun üçqat prosedur əməliyyatı gerçəkləşib.
Onun gözünün içərisinə okulyar linza yerləşdirilib və israilli donordan təzə bir kornea (transplantasiya edilmiş göz bəbəyi) köçürülüb.
Qeyd edək ki, əməliyyatdan öncə qazimizin bir gözünün görmə qabiliyyəti tamamilə itmişdi.
Həyata keçirilmiş uğurlu əməliyyat nəticəsində qazimizin həmin gözünün görmə qabiliyyəti bərpa edilib və 20 faizə yüksəlib.
Onun sağalma prosesi getdikcə daha da yaxşılaşacaq.
Qazimiz təşəkkür əlaməti olaraq həkiminə şokolad hədiyyə edib.
Xatırladaq ki, “YAŞAT” Fondunun təşəbbüsü, İsrailin Azərbaycandakı səfirliyinin və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin təşkilati dəstəyi ilə İsraildən Azərbaycana tibbi-humanitar yardım məqsədi ilə oftalmoloqlardan ibarət nümayəndə heyəti gəlib.Oxu.az.