Vətənə xəyanətdə ittiham olunan politoloqun məhkəməsi başladı

Baxılıb:229
Vətənə xəyanətdə ittiham olunan politoloqun məhkəməsi başladı

Aztimes.az xəbər verir ki, müxtəlif media orqanlarında beynəlxalq məsələlər üzrə ekspert – politoloq kimi çıxış edən, 2023-cü ilin oktyabrından dövlətə xəyanət ittihamı ilə həbsdə olan Nəzakət Məmmədovanın işi üzrə məhkəmə prosesi başlayıb. Onun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyilə baxılır.
Məhkəmənin hazırlıq iclasında Nəzakət Məmmədovanın ad-soyadı, təvəllüdlü, həbsinə qədər hansı işlə məşğul olması və s. məlumatlar dəqiqləşdirilib. Hazırlıq iclasının qərarına əsasən, onun haqqında cinayət işi məhkəmə baxışına verilib.
Məhkəmə baxışı avqustun 30-da başlayacaq.
Nəzakət Məmmədova 18 oktyabr 2023-cü ildə Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsilə həbs olunub. 2024-cü il martın 15-də Səbail Rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbirinin müddəti 5 ay uzadılıb. İyulda isə onun işi üzrə istintaq tamamlanıb və iş məhkəməyə göndərilib.
Nəzakət Məmmədova Rusiyaya casusluqda ittiham olunur.
Onun ittiham olunduğu maddənin sanksiyasında 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrumetmə cəzası var. Azərbaycan qanunlarına görə, qadınlara ömürlük azadlıqdan məhrumetmə cəzası tətbiq olunmur.


Abunəlik