Vədlər özünü doğrultmadı: Türkiyədə İNFLYASİYA SÜRƏTLƏ…

Baxılıb:104
Vədlər özünü doğrultmadı: Türkiyədə İNFLYASİYA SÜRƏTLƏ…

Türkiyədə illik inflyasiya may ayında 75,45%-ə yüksəlib. Bu, 2022-ci ilin noyabrından bu yana son il yarımın ən yüksək göstəricisidir. Aylıq ifadədə inflyasiya 3,37% təşkil edib.

Bundan əvvəl prezident və Mərkəzi Bankın rəhbəri tərəfindən təmsil olunan ölkə hakimiyyəti may ayında inflyasiyanın pik həddə çatacağını, iyun ayından isə onun sürətlə aşağı düşəcəyini gözlədiklərini bəyan etmişdi. Türkiyə Statistika Qurumunun (TÜİK) məlumatına görə, aprel ayında ölkədə illik inflyasiya mart ayındakı 68,5%-dən 69,8%-ə yüksəlib.

“İllik inflyasiya may ayında sürətlənərək 75,45%-ə çatıb”, – Türkiyə Statistika Qurumu qeyd edib.

Bildirilir ki, cari nisbət 2022-ci ilin noyabrında 84,39%-dən sonra son 18 ayda ən yüksək göstəricidir. Eyni zamanda, bir qrup türk müstəqil iqtisadçı (ENAG) may ayında illik inflyasiyanı 120,66% qiymətləndirib.

Türkiyənin maliyyə və xəzinə naziri Mehmet Şimşək daha əvvəl bəyan etmişdi ki, hökumət 2026-cı ilə qədər qiymət sabitliyinə və birrəqəmli inflyasiyaya nail olmağı gözləyir.


Abunəlik