ÜST-ün baş direktoru da karantinə gedir
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreisus yaxın zaman ərzində özünütəsrid rejiminə əməl edəcəyini deyib.
Bu barədə o, “Twitter” hesabında yazıb.
“COVID-19 testi müsbət çıxan şəxslə təmasda olduğum müəyyənləşdirilib”, – deyə o qeyd edib.
Qebreisus bildirib ki, özünü yaxşı hiss edir və onda xəstəlik əlamətləri yoxdur:
“Önümüzdəki günlərdə ÜST protokollarına uyğun olaraq təcrid olunacağam və evdən işləyəcəyəm”.
O qeyd edib ki, koronavirusun yayılmasına qarşı bütün tələblərə aydın şəkildə əməl olunması vacibdir.
“Məhz bu şəkildə COVID-19-un ötürülmə zəncirini qıracağıq” , – ÜST-ün direktoru bildirib.