ÜST meymunçiçəyinin iki variantına yeni adlar verdi
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) mütəxəssisləri meymunçiçəyi virusunun iki variantının yeni adları ilə bağlı razılığa gəliblər.
Bu barədə təşkilatın mətbuat xidməti xəbər verir.
Bu virusun Mərkəzi Afrika variantı bundan sonra “klad I” və Qərbi Afrika növü isə “klad II” olaraq adlandırılacaq.
Virusların adlandırılmasının hazırkı praktikasının məqsədi hər hansı mədəni, sosial, milli, regional, peşə və ya etnik qrupu təhqir etməmək və ticarət, səyahət, turizm və ya canlı təbiətə hər hansı mənfi təsiri minimuma endirməkdir.
Bildirilib ki, meymunçiçəyi virusunun yeni adı ilə bağlı müzakirələr hələ yekunlaşmayıb. Bu məsələ Virusların Taksonomiyası üzrə Beynəlxalq Komitə çərçivəsində müzakirə olunur.