ÜST-dən meymunçiçəyi ilə bağlı daha bir XƏBƏRDARLIQ
Meymunçiçəyi virusuna yoluxma hallarında artım müşahidə olunub. Cari ilin əvvəlindən dünyada meymunçiçəyi virusuna yoluxanların sayı 3 min 413 nəfərə çatıb.
Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yaydığı məlumatda deyilir.
Bildirilib ki, laboratoriya tərəfindən təsdiqlənmiş halların 86 faizi Avropada, 11 faizi Amerika, 2 faizi Afrika, 1 faizi Şərqi Aralıq dənizi və digər 1 faizi Asiya-Sakit okean regionlarında qeydə alınıb.
Xatırladaq ki, iyunun 23-də Ümumdünya Səhiyyə Təşkilatının fövqəladə hallar komitəsi meymunçiçəyi virusunun yayılması məsələsini müzakirə edib. Komitənin tövsiyəsi əsasında ÜST meymunçiçəyi virusunun yayılmasını ən yüksək xəbərdarlıq pilləsi elan etməkdən imtina edib.