“Uşaqlar birliyi” zorakılığa məruz qalan uşaqlar haqqında videoçarx hazırladı-VİDEO

Baxılıb:428
“Uşaqlar birliyi” zorakılığa məruz qalan uşaqlar haqqında videoçarx hazırladı-VİDEO

Hər zaman zorakılığa məruz qalan qadın və körpələrə dəstək göstərən birlik bu dəfə də maraqlı videoçarx vasitəsi ilə körpələrin həyatını cəmiyyətə çatdırmağa çalısıb. AzTimes.az xəbər verir ki, Azərbaycan Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzi nəzdində uşaq sığınacağı mın rəhbəri Kəmalə Ağazadə şəxsi “Facebook” səhifəsində videoçarxı paylaşaraq belə yazıb:

“Sizdən bircə ricamız,bu videonu maksimum paylaşmaqdır. Bu sosial çarxlarla biz qızlara olan şiddətə, zorakılığa qarşı çıxıb cəmiyyətə mesaj veririk. Onları sevən hər kəsdən ricamız paylaşaraq “ŞİDDƏTƏ YOX!!!” deyək…
“Necəsən,QIZIM? Danış mənə…
Kimlər üzdü gözlərini…
Özündən danış mənə…
Nələr qırdı qəlbini…
O saçlarında kimlərin əlləri yaşlandı?
Kimlərin nəfəsi dəydi o saçlarına…
Kimlər üzdü səni…
Nələr çəkdiyini kimlər bilir?
Mən bilirəm,QIZIM…
Toxunsam bilirəm ağlayacaqsan…Hiss edirəm…
Amma keçdi,köhnədə qaldı o hüzünlər,o dərdlər…
QIZIM…balaca “kirli bəyaz kedi” nədir?
“KİRLİ BƏYQZ KEDİ” sizlərin hekayəsidir…
Yuyun göz yaşlarıyla…
Amma qurtul yaşadığın acılardan…
Sarıl sabaha ümidlərlə…
QIZIM…Səni oyuncaq bilənlər özləri kirli oyuncağa bənzər…
Sən isə mənim gözəl,canlı GƏLİNCİYİMSƏN…
MƏLƏYİMSƏN…””


Abunəlik