“Uşaqlar Birliyi” nin rəhbəri ictimaiyyətə çağırış etdi
Bu gün baş verən hadisədə bizim səfirlikdə calisan əməkdaşlardan şəhid verdik. Bu da molla rejiminin hökm sürdüyü bir ölkədə fəaliyyət göstərmək heç də asan olmadığını göstərir. Beynəlxalq qanunların heç birinin işləmədiyi bir ölkədə diplomat olmaq çox çətindir. Mən Azərbaycan xalqına və şəhidimizin ailəsinə başsağlığı verirəm və bildirirəm ki, onun iki balası hər birimizin balasıdır. Heç bir beynəlxalq hüquq normalarına cavab verməyən, heç bir ölkə ilə hesablaşmayan bir ölkənin ölkəmizdə də səpdiyi toxumlar yetərincədir. Bu gün biz ayıq -sayıq olmalıyıq. Daha çox diqqətli olmalıyıq. Səhifələrinizdə yazdığımız kommentlər, açdığımız yayınlarda işlətdiyimiz ifadələrin altından xətt çəkərək dəqiqliyinə çox diqqət yetirməliyik. Provakasiyalara uymamalıyıq. O rejmə qulluq edən, öz vətəninin deyil, molla rejiminin mənafeyini güdən hər kəsi ifşa edib üzə çıxarmağı tövsiyyə edirəm.
AzTimes.az