Uşaq sığınacağı Bilgəh ahıllar evində “Zəfərli Şuşa adlı tədbir həyata keçirdi- FOTOLAR

Baxılıb:666
Uşaq sığınacağı Bilgəh ahıllar evində “Zəfərli Şuşa adlı tədbir həyata keçirdi- FOTOLAR

AzTimes.az xəbər verir ki, Azərbaycan Uşaqları İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Uşaq Sığınacağı-Reinteqrasiya mərkəzinin təşkilatçılığı ilə Bahar bayramı ərəfəsində Bilgəh ahıllar evində “Zəfərli Şuşa adlı tədbir həyata keçirilib.Tədbirdə uşaq sığınacağında məskunlaşan uşaqların əl işlərindən ibarət -“Qədim Şuşa”, “İşğal olunmuş Şuşa” və “Azad Şuşa” nı özündə əks etdirən üç eksponat nümayiş etdirilib.
Tədbirin musiqili hissəsində sığnacağın uşaq xoru,rəqs qrupu və ASAN Könüllüləri Təşkilatının “Mədəniyyət Carçısı” proqramının musiqi qrupu Vətənpərvər mahnıları ilə iştirak etmişdir.
Sonda uşaqlar tərəfindən Azerbaijan Flowers Company Baku Roses təşkil etdiyi qızıl güllər orada məskunlaşan ahıllara və işçi heyyətinə təqdim edildi.


Abunəlik