“UŞAQ FORUM TEATRI” İNCƏSƏNƏT ƏSASLI ÖYRƏNMƏ”LAYİHƏSİNİN İCRASINA BAŞLANILDI

Baxılıb:292
“UŞAQ FORUM TEATRI” İNCƏSƏNƏT ƏSASLI ÖYRƏNMƏ”LAYİHƏSİNİN İCRASINA BAŞLANILDI

“Uşaq Forum Teatrı” İncəsənət əsaslı öyrənmə” layihəsi “Azərbaycan Uşaqları” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin ayırdığı qrant vəsaiti hesabına həyata keçirilməyə başlayıb.

Layihənin məqsədi incəsənət əsaslı öyrənmə metodu olan Forum Teatrın tətbiqi ilə əhalinin müxtəlif həssas qruplarından olan uşaq və yeniyetmələr arasında yaradıcı mühitin inkişaf etdirilməsi, bu öyrədici “alət”lərdən istifadə ilə sosial problemlərin həllinə dəstək olmaqdır.

Layihənin vəzifələrinə Forum Teatr texnologiyasının layihənin hədəf qrupu və benefisiarlarına tanıdılması və ondan layihənin əhatə etdiyi ərazilərdə geniş istifadənin təbliği, qazanılan təcrübənin icmadaxili və icmalararası, regionaldaxili və regionlararası mübadiləsinə dəstək, layihə çərçivəsində qeyd olunan problemlərin aradan qaldırılması məqsədi ilə uşaq və yeniyetmələri fəal və səmərəli sosial iştirakçılığının təmin olunması, hədəf qruplarında mənfi keyfiyyətlərin, davranış stereotiplərinin məhv edilməsi, benefisiarlarda incəsənət əsaslı öyrənmə metodla icmada və məktəbdə yaradıcı mühitin inkişafı, eləcə də sosial problemlərin həllinə ictimai diqqətin artırılması daxildir.

Layihə müddəti ərzində Bakıda və Neftçala rayonunda uşaq, yeniyetmə və gənclərdən ibarət qruplara Forum Teatr təlimlərinin təşkili, Uşaq Forum Teatr Festivalında nümayiş etdiriləcək tamaşanın məşqləri, Uşaq Forum Teatr Festivalının təşkili olacaq. Bundan əlavə Forum Teatr tamaşalarından ibarət peşəkar video çəkiliş və montaj, Bakıda və Neftçalada müxtəlif ümumitəhsil məktəbləri, kollec, peşə məktəbləri şagirdləri və universitetlərdəki tələbələr arasında təlimlərdə hazırlanan və Forum Teatr Festivalında nümayiş etdirilən və bir sıra sosial problemlərin özündə əksini tapan Səyyar Forum Teatr tamaşalarının nümayişi göstəriləcək.

Layihə bu ilin avqustunda yekunlaşacaq.

“Uşaq Forum Teatrı” İncəsənət əsaslı öyrənmə” layihəsinin işçi qrupu


Abunəlik